16.03.2026, 19:18
AZ EN
16.03.2026, 17:48 16

Ağdərə və Xocalı sakinləri qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatlandırılıblar

QARABAĞ
  • Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndələri ilə birgə Ağdərə rayonunun Vəngli, Kolatağ kəndlərində, Xocalı rayonunda, Xanyurdu, Ballıca, Seyidbəyli, Mehdibəyli kəndlərində və Əsgəran qəsəbəsində qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndirici görüşlər keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüşlər zamanı qəhvəyi mərmər bağacığının morfologiyası, yayılma yolları və qarşısını almaq üçün zəruri mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.

Tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, onlara qəhvəyi mərmər bağacığına dair buklet və maarifləndirici materiallar təqdim edilib.

Eyni zamanda, yaşayış evlərində, köhnə tikililərdə və binalarda zərərvericinin mövcudluğunu müəyyən etmək məqsədilə monitorinqlər aparılıb. (AZƏRTAC)

Oxşar xəbərlər