12.02.2026, 11:14
AZ EN
12.02.2026, 08:06 123

Füzulidə gənclərin sosial fəallığı ilə bağlı tədbir keçirilib

QARABAĞ
  • Füzuli Rayon İcra Hakimiyyətinin, YAP Füzuli rayon təşkilatının və Füzuli Gənclər Evinin birgə təşkilatçılığı ilə “Gənclərin sosial fəallığının artırılması və müasir çağrışlara operativ cavab verilməsi”adlı tədbir keçirilib. Tədbirdə Füzuli RİH-nin, YAP Füzuli rayon təşkilatının və Füzuli Gənclər Evinin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan bir qrup fəal gənclər iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ülkər Bayramlı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu gənclər siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və gənclər siyasitinin bu günki inkişafından bəhs edib. Gənclərin təşəbbüskarlığının dəstəklənməsinin, vətənpərvərlik ruhunun möhkəmləndirilməsinin, müasir çağrışlara çevik və operativ reaksiya verə bilən savadlı, vətəndaş mövqeyi olan gənclərin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra Füzuli Gənclər Evinin direktoru Seyfəddin Maqsudov, YAP Füzuli rayon təşkilatının əməkdaşı Rəfiqə Ələkbərova çıxış edərək dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü proqramların gənclərin hərtərəfli inkişafına, onların ictimai-siyasi, sosial və mədəni həyatda fəal iştirakına geniş imkanlar yaratmasından bəhs etdilər.

Tədbir zamanı açıq fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib və gələcəkdə gənclərlə birgə fəaliyyət istiqamətləri müəyyən edilib.

Mina RƏŞİD

Oxşar xəbərlər