19.10.2024, 18:21
AZ EN
08.10.2024, 07:38 238

Keçmiş məcburi köçkün: 32 yaşımda çıxarıldığım doğma Şuşama 64 yaşımda qayıdıram

XƏBƏRLƏR
  • “32 yaşımda çıxarıldığım doğma Şuşama 64 yaşımda qayıdıram. Şükür ki, bu günləri də görmək bizə nəsib oldu”.

Bunu Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Hüseynov Rafiq söyləyib.

“Sevinirəm ki, öz doğma yurduma qayıdıram.Bakıda, Nizami rayonunda köçkünlük həyatı yaşamışam. Köçkünlük dönəmində həmişə ürəyimiz yaralı olub, həmişə nisgilli olmuşuq, yurd həsrəti çəkmişik. Bu gün isə nəinki üzümüz gülür, ruhumuz da sevinir. Şəhidlərimizə rəhmət, qazilərimizə Allahdan şəfa diləyirəm. Bu şəraiti bizə yaradan Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq”, - deyə o, vurğulayıb. (Report)

Oxşar xəbərlər