Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini Cavid İsmayılın moderatorluğu ilə baş tutan panelin qonaqları şəhid leytenant Emin Sadiqovun anası Gülşad Rüstəmova, şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova, şəhid leytenant Vəli Quliyevin anası Həqiqət Quliyeva, Vətən müharibəsinin qaziləri - baş leytenant Əli Əlisoy, ehtiyatda olan kapitan Ceyhun Bayramov və ehtiyatda olan mayor Təbriz Zeynalov olublar.
Panel zamanı şəhid anaları övladları ilə bağlı xatirələrini bölüşüb, qazilər isə keçdikləri döyüş yolundan danışıblar.
Düşərgə iştirakçıları isə yaşadıqları ölkələrdə alnıaçıq, üzüağ gəzə bildikləri üçün şəhid analarına və qazilərə ömür boyu minnətdar olacaqlarını bildiriblər. (AZERTAC)