22.11.2024, 01:42
AZ EN
14.06.2023, 12:20 316

Əminə Şahverdiyeva: Artıq qaçqın deyiləm, öz doğma yurduma qayıdıram

XƏBƏRLƏR
  • Doğulduğum, boya-başa çatdığım şəhərə köçmək, orada yaşamaq ən böyük arzum idi. Şükür ki, bu arzuma çatdım. Elə bilirəm ki, bu gün dünyada məndən xoşbəxt adam yoxdur. Bu hissi yaşamağın ləzzəti başqadır.

Bunu təxminən 30 ildən sonra doğma yurd-yuvasına qayıdışın sevincini yaşayan Laçın rayon sakini Əminə Şahverdiyeva söyləyib.

“Mən 30 il yox 35 ildir ki, Laçını görmürəm. Çünki tələbəlik illərimdə orada olmamışam. Buna görə bu gün mənim üçün daha sevincli gündür ki, gedib ata baba yurdumuzu görəcəyəm. Möhtərəm Prezidentimizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. İndi fəxr hissi ilə deyə bilərəm ki, artıq qaçqın deyiləm, öz doğma yurduma qayıdıram”, - deyə o vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR