Bu barədə institutdan məlumat verilib. İlk olaraq Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.
Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Musa Qasımlı “Heydər Əliyev və Şuşa” adlı məruzə ilə çıxış edib. Məruzədə 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin Şuşa şəhərindəki tarix və mədəniyyət abidələrinin qorunmasına, bərpasına qayğısı, qəbul edilən qərarlar təhlil olunub.
Konfransda AMEA-nın bir sıra institutları, Azərbaycan, Türkiyə, Rusiya, İtaliya, Kanada və Ukraynadan olan 80-dən çox alim və tədqiqatçının Şuşa şəhərinin tarixi keçmişi, Şuşa şəhərinin mədəniyyət paytaxtına çevrilməsi istiqamətində görülən işlər, xarici tədqiqatçılar Şuşa şəhəri haqqında, Qafqazın mədəniyyət tarixində Şuşa şəhərinin yeri, Prezident İlham Əliyevin Şuşa şəhərinə qayğısı və digər məsələlərə həsr edilmiş məruzələri 6 bölmə iclasında dinlənilib və müzakirə edilib.
Sonda yekun dəyərləndirmə aparılıb. (AZƏRTAC)