Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son iki ildə mərkəzdə 147 min vətəndaşa xidmət göstərilib və həmin xidmətlərdən vətəndaş məmnunluğu 99,7 faiz təşkil edib.
80 nəfərdən ibarət işçi heyəti, 27 könüllünün çalışdığı Qarabağ Regional DOST Mərkəzi hər gün təqribən 650-700 vətəndaş qəbul edə bilir.
Dövlətimizin başçısının iştirakı ilə ötən ilin iyul ayında Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin, o cümlədən həmin mərkəzin tərkibində Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialının da açılışı olub.
Qarabağ Regional DOST Mərkəzində 7 emalatxana, 8 sinif və təlimat otağı, Peşəyönümü və Karyera Mərkəzi və s. ibarət olan Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi, habelə bölgə sakinlərinə reabilitasiya xidmətləri göstərən “RehaPoint” – Reabilitasiya Məntəqəsi də fəaliyyət göstərir. (AZƏRTAC)