31.03.2026, 17:56
AZ EN
31.03.2026, 16:16 136

7 yaşlı Qubadlı sakini Beynəlxalq Olimpiadada "Super çempion" adına layiq görülüb

XƏBƏRLƏR
  • Müasir dövrdə Azərbaycan gəncləri beynəlxalq arenada qazandıqları uğurlarla ölkəmizin adını qürurla tanıdırlar. Xüsusilə zehni inkişaf və intellektual bacarıqlar sahəsində əldə olunan nailiyyətlər gələcəyin parlaq olduğunu göstərir. Belə uğurlardan biri də Qubadlı rayonunun Xəndək kənd sakini, cəmi 7 yaşlı Nəsibli Raul Rəhim oğlunun IV Beynəlxalq Mental Arifmetika Olimpiadasında qazandığı möhtəşəm qələbədir.

Qubadlı rayonunun Xəndək kənd sakini 7 yaşlı Nəsibli Raul Rəhim oğlu keçirilən IV Beynəlxalq Mental Arifmetika Olimpiadasında möhtəşəm uğura imza atıb. istedadlı Raul Nəsibli yarışda ən yüksək nəticələrdən birini göstərərək “Super Çempion” adına layiq görülüb.

Nüfuzlu beynəlxalq yarışda Azərbaycanla yanaşı Fransa, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan, Belçika, Rusiya, İraq, Bolqarıstan və Pakistan olmaqla ümumilikdə 12 ölkə iştirak edib. Olimpiadaya 240 məktəbli qatılıb və iştirakçılar müxtəlif kateqoriyalar üzrə öz bilik və bacarıqlarını sınayıblar.

Yarış beş mərhələdən ibarət olub: I yer, II yer, III yer, Çempion və ən yüksək titul sayılan “Super Çempion”. Nəsibli Raul Rəhim oğlu Start II A kateqoriyasında çıxış edərək məhz bu ali ada layiq görülüb.

Qeyd edək ki, tədbirdə nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, eləcə də Bolqarıstanın səfiri iştirak edib ki, bu da olimpiadanın yüksək səviyyədə təşkil olunduğunu bir daha təsdiqləyir.

Raulun bu böyük uğurunda Sumqayıt şəhərində fəaliyyət göstərən “Tiamo Kids” tədris mərkəzinin xüsusi rolu olub. Onun qazandığı nailiyyət həm doğma Qubadlı rayonunun, həm də ölkəmizin gənc nəslinin potensialının bariz nümunəsidir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər