Müraciətlər əsasən sosial-həssas qrupdan olan sakinlərə maddi köməklik göstərilməsi, işlə təminat və Zəngilan rayonu ilə bağlı olub.
Vətəndaşların müraciətləri dinlənilib. Həlli müəyyən zaman tələb edən məsələlər nəzarətə götürülüb. Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat verilib, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirilib.
Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Hazırladı: Mina RƏŞİD