Həmin mədəniyyət abidəsi əsasən Orta Paleolit dövrünün Mustye mədəniyyətinə, təqribən 100-30 min il əvvələ aiddir. 1963-1978-ci illərdə arxeoloqlar Məmmədəli Hüseynov və Əsədulla Cəfərov tərəfindən araşdırılıb. Mağarada 6 mədəni təbəqə aşkar edilib. 1-ci təbəqədə qazıntılar zamanı Orta əsrlər, Tunc və Eneolit dövrünə aid gil qab qırıqları, 7-8 mindən çox daş alət şist, çaxmaqdaşı və yüz minlərlə ovlanmış heyvan sümüyü tapılıb. Bura Qafqaz və Yaxın Şərqdə yaşayışın uzunmüddətli yeganə Mustye düşərgəsi hesab edilir. Kurqanlardan zəngin tunc və dəmir silahlar, qızıl bəzək əşyaları, rəngli gil qablar aşkar edilib. Qarabağ və Şərqi Zəngəzur bölgəsində geniş yayılıb. Bu mədəniyyət əsasən kurqan tipli qəbir abidələri ilə xarakterizə olunur. Əhalisi əkinçilik, maldarlıq və metalla işləmə ilə məşğul olub. Bu iki abidə kompleksi Azərbaycanın qədim daş dövründən Tunc dövrünə qədər olan inkişaf tarixini nümayiş etdirir.
Təəssüf ki, torpaqlarımızın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurda saysız-hesabsız tarixi-mədəni abidələrimiz vəhşicəsinə talan edilib. Bəzi mədəni abidələr üzərində isə xaç çəkilərək erməniləşdirilməyə çalışılıb. Tağlar mağarası da bu cür vəhşiliyə məruz qalıb. Mağarada qanunsuz qazıntı işləri aparılıb, arxeoloji abidəyə müdaxilələr olunub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız düşmən tapdağından azad olunandan sonra Tağlar mağarası da əsarətdən xilas edilib. Hazırda işğaldan azad edilmiş ərazilərdəki tarixi-mədəni abidələrinin qorunması və bərpası istiqamətində mühüm işlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də elə Tağlar mağara düşərgəsi ilə bağlıdır.
Röya SALMANQIZI