23.06.2025, 08:39
AZ EN
02.06.2023, 14:52 414

Xocavənd rayonunun tarixi abidələri, Küratağ qalası

QARABAĞ

Azərbaycan Respublikasının Xocavənd rayonunun Düdükçü kəndi yaxınlığında, dağlıq ərazidə yerləşən Küratağ qalası tarix-memarlıq abidəsidir. Üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş, bir tərəfdən isə oraya yol açılmışdır. Qala dövrümüzə dağılmış şəkildə gəlib çatmışdır. Qala divarlarının inşası zamanı ərazinin relyefi də nəzərə alınmışdır. Buna görə də, qala qeyri-səlis dördbucaqlı formasına malikdir. Qalanın ən yüksək hissəsində, iki qüllə arasında giriş qapısı yerləşir. Onun ərazisi 300 kvadratmetrdir. Qala ərazisində su saxlamaq üçün geniş hovuz yonulmuşdur.  Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, su hovuza qalanın cənub tərəfindəki bulaqdan gətirilirmiş.

İsa Musayev

Oxşar xəbərlər