22.11.2024, 00:39
AZ EN
10.04.2023, 17:50 445

Şuşa rayonu, Qaybalı kəndi

QARABAĞ

Qaybalı kəndi Xəlfəliçayın (Qarqarçay hövzəsi) sahilində, Qarabağ silsiləsinin yamacında yerləşir. Azərbaycan Respublikasının Şuşa Qaybalı kəndi Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Qaybalı kəndi Xəlfəli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qeybalı kənd Soveti yaradılmışdır. Kənd keçmişdə Qeybalıkənd adlandırılmışdır. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycanın Xoy mahalındakı Qeybəli (Qayıbaylı) kəndindən köçüb gələnlər salmışdır. Bəzi tədqiqatçılar bu toponimi Qeybalı səxi adı ilə də əlaqələndirirlər. Bu kənd Əzət bəyim Cavanşirə məxsus olub.

İsa MUSAYEV

Oxşar xəbərlər