Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində olan Şəlvə kəndinin əvvəlki adı Rev olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Rev kəndi Şəlvə kəndi adlandırılmışdır. Kənd dağətəyi ərazidədir. Şəlvə kəndi Qarabağ xanı İbrahim xanın mülklərindən biridir. Laçın rayonunda da Şəlvə adlı kənd var. XVIII əsrin ortalarına aid mənbədə Qarabağın Xaçın nahiyəsində Şəlvə kəndinin adı qeyd olunmuşdur. Bu kənddə məskunlaşmış ermənilər zamanında adı Rev adlandırılmışdır. Rev türk dillərində "astana", "sığınacaq" mənasını ifadə edir.
İsa Musayev