1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımızın son deportasiyası zamanı ailəsi ilə birgə Tərtər rayonuna, sonra isə Gəncə şəhərinə köçüb.
Türkiyədə hüquq təhsili aldıqdan sonra öz biznesini quraraq bir müddət Qazaxıtsanda yaşayıb. Hazırda isə Böyük Britaniyanın London şəhərində biznes fəaliyyəti ilə məşğuldur. Ailəlidir, 3 oğlu var.
Vətəninə, millətinə bağlı olan Şahin Vəlisoy eyni zamanda, Azərbaycan diasporunun Londonda ən aktiv nümayəndələrindən biri kimi ictimai fəaliyyətlə də məşğul olur. Azərbaycan həqiqətlərinin təbliğində, xüsusilə də 44 günlük Vətən Müharibəsi dövründə London ictimaiyyətinə gerçəklərin çatdırılmasında mühüm rol oynayıb.
Bu gün də ictimai fəaliyyətini davam etdirən Şahin Vəlisoy Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olan Qərbi Azərbaycanlıların qayıdışı ilə bağlı aparılan təbliğat kampaniyalarında fəal iştirak edir. O, Qərbi Azərbaycana Qayıdışla bağlı keçirilən beynəlxalq forumların iştirakçısıdır (2023, 2024).
Şahin Vəlisoy eyni zamanda, Bütöv Azərbaycan, Türk Dünyasının birliyi ideologiyasının təbliğində də fəal rol oynayan ziyalılarımızdandır. O, mütəmadi olaraq mediada bu və digər mövzularda ekspert qismində çıxış edir.
Şahin Vəlisoy Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə“ medalı ilə təltif olunub.
Qərbi Azərbaycanın vətənpərvər oğluna fəaliyyətində böyük uğurlar arzulayırıq.
Tahirə AĞAMİRZƏ