18.12.2024, 19:25
AZ EN
29.12.2023, 13:04 315

Sədr müavini: Şuşada “ASAN xidmət” mərkəzinin binasının tikintisi yekunlaşma mərhələsindədir

XƏBƏRLƏR
  • Şuşa şəhərində “ASAN xidmət” mərkəzinin binasının tikintisi yekunlaşma mərhələsindədir.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda da “ASAN xidmət” mərkəzlərinin açılmasının planlaşdırıldığını bildirən sədr müavini hazırda bununla bağlı işlərin davam etdiyini söyləyib:

“Bəzi yerlərdə mərkəzlər üçün binanın tikinti işləri davam etdirilir, bəzilərində isə planlaşdırılır. Şuşa şəhərində mərkəzin binasının tikintisi aparılır və işlər yekunlaşma mərhələsindədir. Növbəti ildən Şuşada “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlayacağı gözlənilir. Ağdam, Cəbrayıl və digər ərazilərdə də “ASAN xidmət” mərkəzləri üçün binaların tikilməsi ilə bağlı işlər planlaşdırılır. “ASAN xidmət” mərkəzləri hələ həmin ərazilərdə fəaliyyət göstərməsə də, əhalinin doğma yurdlarına qayıdışı ilə əlaqədar olaraq öz xidmətlərimizi səyyar formada Zəngilanda, Laçında vətəndaşlara çatdırırıq”. (AZƏRTAC)

Oxşar xəbərlər