Bu sözləri bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Çərkəz Quliyev söyləyib. Sakin hər zaman Azərbaycan Prezidentinə və ordusuna inandığını bildirərək, minnətdarlığını ifadə edib.
"Dövlət başçımıza həmişə güvənmişik, düz də etmişik. Həmişə də onun yanında olacağıq. Başda Ali Baş Komandan olmaqla, Milli Ordumuzun hər bir üzvünə, hər bir zabit və əsgərinə bizə bu günləri yaşatdığı üçün öz minnətdarlığımı bildirirəm. Torpaqlarımız uğrunda həyatlarını qurban vermiş şəhidlərimizə rəhmət diləyirəm. Mən öz rəhbərliyimizlə, xalqımızla, ordumuzla, mübariz oğullarımızla fəxr edirəm", - deyə o, əlavə edib. (AZƏRTAC)