22.11.2024, 18:36
AZ EN
24.09.2024, 11:46 271

Zəkiyyə Mustafayeva: Sevindirici haldır ki, işğaldan azad olunmuş torpaqlarda fitosanitar tədbirlər həyata keçirilir

XƏBƏRLƏR
  • “Azərbaycan ərazilərinin erməni işğalı altında olduğu 30 il müddətində həmin torpaqlarda heç bir fitosanitar tədbir həyata keçirmək mümkün olmayıb. Bu da həmin ərazilərdə bir sıra problemlərin yaranmasına gətirib çıxarıb. Lakin sevindirici haldır ki, artıq həmin torpaqlar azaddır və bu ərazilərdə fitosanitar tədbirlər həyata keçirilir”.

Bu sözləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva sentyabrın 24-də keçirilən Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyasının açılış mərasimində çıxışı zamanı söyləyib.

“Gələcəkdə bu istiqamətdə daha geniş işlərin görülməsi məqsədilə Tədbirlər Planı hazırlanıb. Bu Plan işğaldan azad edilmiş Azərbaycan torpaqlarında fitosanitar tədbirlərin daha geniş miqyasda həyata keçirilməsinə imkan verəcək. Bitki sağlamlığı sahəsində həyata keçirilən fəaliyyətimizə beynəlxalq təşkilatlar, o cümlədən İPPC, EPPO kimi təşkilatlar daim böyük dəstək göstərib və bundan sonra da bu əməkdaşlığın daha da sıx davam edəcəyinə ümid edirik. Bir daha bildiririk ki, region ölkələri üçün bitki sağlamlığının təmin olunması sahəsində EPPO-nun həyata keçirdiyi genişmiqyaslı tədbirlər çərçivəsində bu günə qədər görülmüş işlər olduqca əhəmiyyətlidir”, - deyə Zəkiyyə Mustafayeva əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər