Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan İlqar Cahid oğlu Vəliyev 1973-cü il oktyabrın 12-də Bakı şəhərində anadan olub. 1991–1996-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alıb. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib və oktyabrın 20-də Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
İlqar Vəliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!
Tahirə AĞAMİRZƏ