23.11.2024, 00:22
AZ EN
07.10.2022, 15:28 411

Onlar düşmən mifini dağıtdı

XƏBƏRLƏR
  • O mif ki, bizim  inamımızı sarsıdırdı, daha inanmırdıq ki, dünya gücləri Azərbaycana bu şansı verər. Lakin Prezidentimizin “Məm nəyi necə və nə vaxt edəcəyimi yaxşı bilirəm” fikirləri ümidlərimzin sönməsinə imkan vermədi və nəhayət, 44 günlük Vətən müharibəsi qələbəmizlə başa çatdı. Təbii ki, müharibə itkisiz olmur. Bizim cəsur oğullarımız sinələrini sipər etməkdən çəkinmədi, “nə olur-olsun, bu müharibə qələbə ilə başa çatmalıdır, şəhid olsaq belə”-deyib düşmən üzərinə şığıdılar...

Tarixi qələbəmizdə payı olan qəhrəmanlarımızdan biri də Əmirulla Vahid oğlu Əliyevdir. O, 1996-cı il oktyabrın 7-də Şamaxı şəhərində anadan olmuş, sonradan ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 2003-2011-ci illərdə Sabunçu rayonunun 67 saylı tam orta məktəbini birirən Əmirulla 2011-2014-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil alıb. 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsilə yiyələnib. O, 2018-ci ildə leytenant rütbəsi alaraq Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidməti davam etdirib.

Həmidulla həm də gözəl şeirlər yazıb və şeirlərini toplayaraq “Sonsuz eşq” adlı kitabını nəşr etdirib.

Şəhid olmamışdan əvvəl şəklini dostuna göndərib, “şəhid olsam, bu şəklimi paylaşın”- deyən Həmidullanın müharibədə iştirak etdiyini anası yalnız o şəhid olduqdan sonra öyrənib. Əmirulla Əliyev 2020-ci il sentyabrın 28-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi uğrunda gedən ağır döyüşlər zamanı tabeliyindəki əsgərlərini xilas edib, özü isə şəhid olub.

Leytenant Əmirulla Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.

Ailənin tək övladı idi.

Allahdan şəhidimizə rəhmət diləyirik.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər