23.04.2026, 11:55
AZ EN
23.04.2026, 09:32 53

Qubadlının Mahruzlu kəndinə tezliklə köç olacaq

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad edilmiş ərazilərdə tikinti və bərpa-quruculuq işləri sürətlə həyata keçirilir. Qubadlının Mahruzlu kəndində də artıq tikinti işləri yekunlaşmaq üzrədir.

Burada fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi davam etdirilir. Mahruzlu kənd tam orta məktəbinin 264 şagird yerlik, ikimərtəbəli binasında son tamamlanma işləri gedir. Artıq 80 yerlik uşaq bağçasının binasının da tikintisi başa çatdırılıb.  

Qeyd edək ki, Mahruzlu kəndinin yenidən qurulması üçün ümumi torpaq sahəsi 197 hektardır. Burada birinci mərhələ üzrə 40,27 hektar ərazidə artıq tikinti işləri yekunlaşmaq üzrədir.

Zilanlı kəndində də tikinti işlərinə başlanılıb. Xanlıq kəndinin isə layihələndirmə işi yekunlaşdırılıb. Eyni zamanda, Qubadlı şəhərinin Birinci Yaşayış Kompleksinin layihələndirilməsi işi başa çatdırılıb.

Mina RƏŞİD    

Oxşar xəbərlər