23.04.2026, 11:55
AZ EN
23.04.2026, 08:42 74

Rumıniyanın “Petre Andrei” Universitetinin nümayəndə heyəti Qarabağ Universitetində olub

QARABAĞ
  • Rumıniyanın Yassı şəhərinin “Petre Andrei” Universitetinin nümayəndə heyəti Qarabağ Universitetində olub.

Əvvəlcə “Petre Andrei” Universiteti və Qarabağ Universitetinin rəhbər və professor-müəllim heyəti üzvlərinin iştirakı ilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin başlıca fəaliyyət istiqamətləri, strateji hədəfləri barədə ətraflı məlumat verib. Dövlətin birbaşa diqqəti və dəstəyi ilə Qarabağ Universitetində aparılan quruculuq işlərindən bəhs edən rektor bu ali təhsil müəssisəsinin qısa müddətdəki fəaliyyəti ərzində əldə edilmiş nəticələri diqqətə çatdırıb.

“Petre Andrei” Universitetinin rektoru Sorin Bocancea və digər heyət üzvləri çıxış edərək səmimi görüşə görə Qarabağ Universitetinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonra səfər proqramının əsas məqsədi kimi Qarabağ Universitetinin akt zalında Rumıniyanın beynəlxalq nüfuzlu elmi nəşrlərindən hesab edilən “POLİS” jurnalının Azərbaycana həsr olunmuş xüsusi nəşrinin təqdimatı keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

“POLİS” elmi jurnalının icraçı direktoru Sabin Dragulin jurnal haqqında məlumat verib. Bildirib ki, “POLİS” jurnalı Rumıniyanın beynəxalq elmi platformalarda indekslənən aparıcı nəşrlərindən biridir. Jurnalın Azərbaycana həsr olunmuş xüsusi buraxılışında gənc azərbaycanlı doktorantların ölkəmizə aid siyasi, tarixi, iqtisadi mövzular barədə müxtəlif aktual məqalələri dərc olunub.

Daha sonra nümayəndə heyəti Qarabağ Universitetinin əsas tədris binasında, kitabxanada, Biznes və iqtisadiyyat fakültəsinin tədris korpusunda yaradılmış şəraitlə tanış olublar. Sonda İncəsənət fakültəsinə gələn qonaqlar müəllim və tələbələrin ifasını dinləyiblər.

Qeyd edək ki, nümayəndə heyətini Azərbaycan Respublikasının Ruminayadakı səfirliyinin birinci katibi İlqar Fərəcov müşayiət edib. (AZƏRTAC)

Oxşar xəbərlər