20.04.2024, 12:03
AZ EN
09.12.2022, 16:21 322

Zəfər yolunun qəhrəman övladı

XƏBƏRLƏR

Hər bir xalq öz müstəqil dövlətini qurmaq və onu qorumaq üçün ağır sınaqlardan keçir. Azərbaycan xalqı da uzun illərdən sonra öz müstəqilliyinə qovuşdu. Lakin bədnam qonşularımız olan ermənilər torpaq iddiasıilə dəhşətli müharibəyə başlayıb 20 faiz torpağımızı işğal etdilər. Həmin zamandan bir an da olsun yurd yerlərimizin işğalı ilə heç kəs barışmadı, əksinə, bu ülvi hiss gündən-günə daha da alovlanırdı. Elə 27 sentyabr 2020-ci il tarixində səbr kasası dolub-daşan xalqımız Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək cəmi 44 gündə düşmənin canlı qüvvəsi və texnikasını sıradan çıxardı. Bu qanlı savaşda igidlik göstərən oğullarımızdan biri də Səid Muradovdur. Taleyinə məcburi köçkünlük yazılan S.Muradov 11 avqust 1991-ci ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. Sonra Füzuli rayonunun «Qayıdış-2» qəsəbəsindəki orta məktəbə qəbul olunub. Oranı 2009-cu ildə bitirdikdən sonra oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. Xidməti başa vuran Səid gizir kursunda oxuyub taleyini həmişəlik hərbi xidmətə bağlayıb. 27 sentyabr 2020-ci ildə başlayan əks-həmlə əməliyyatına qoşulan S.Muradov Füzuli, Qubadlı, Şuşa uğrunda döyüşlərdə gizir kimi iştirak edib. O, bildirdi ki, Musa Qasımov, Əli Babayev kimi canavar oğullarla birgə döyüşüb. Daşaltı yaxınlığında, Şuşanın girişində noyabr ayının 4-də yaralanıb. Bir müddət Füzuli, Ağcabədi, Ucar hospitallarında müalicə alsa da sonda 1 il Bakı şəhərindəki Mərkəzi Hərbi Hospitalda müalicə alıb, III qrup əlildir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Cəsur döyüşçü», «Füzulinin azad olunmasına görə», «Qubadlının azad olunmasına görə», «Şuşanın azad olunmasına görə», «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunub.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR