20.10.2024, 01:24
AZ EN
12.09.2023, 18:20 243

Qəhrəman Xüsusi Təyinatlı

XƏBƏRLƏR

Rəcəb Elxan oğlu Nəcəfov 2 yanvar 1994-cü ildə Bakı şəhəri, Nizami rayonunda anadan olmuşdur. O, Bakı şəhəri, 227 saylı tam orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmuş, oranı müvəffəqiyyətlə başa vurmuşdur. Ali təhsildən sonra həqiqi hərbi xidmətə çağırılmış, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. Vətən müharibəsində Rəcəb gizir kimi Xocavənd, Füzuli, Kəlbəcər, Cəbrayıl uğrunda döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. 3 noyabr 2020-ci ildə Xocavənddə yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Rəcəb Nəcəfov "Füzulinin azad olunmasına görə","Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə","Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Şücaətə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Qazimiz ailəlidir, II dərəcəli əlildir.

İsa MUSAYEV

Oxşar xəbərlər