07.03.2026, 05:39
AZ EN
06.03.2026, 20:15 108

Xorvatiya XİN: İranın Naxçıvana PUA hücumu qlobal təhlükəsizliyə təhdid yaradır

XƏBƏRLƏR
  • Xorvatiya İranın Naxçıvana hücumunu pisləyib.

Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç-Radman bu barədə "X"dəki hesabında yazıb.

"Azərbaycanın Naxçıvan Muxtar Respublikasına, o cümlədən onun hava limanına qarşı İranın pilotsuz uçuş aparatı ilə əsassız hücumlarını qətiyyətlə pisləyirik" , - o bildirib.

Nazir qeyd edib ki, bu hücum regional və qlobal təhlükəsizliyə təhdid yaradır:

"Biz İranı regionda gərginliyin daha da artmasına səbəb ola biləcək bu cür hərəkətlərə dərhal son qoymağa çağırırıq. Biz Azərbaycanla həmrəyliyimizi ifadə edirik". (Report)

Oxşar xəbərlər