Bu sözləri Ermənistanın dağ-mədən sənayesinin Azərbaycan ekologiyasını zəhərləməsinə dair keçirilən tədbirdə Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, “AzerGold” QSC-də sədrin müşaviri Şahbəddin Musayev söyləyib.
O bildirib ki, ermənilər Qacaranda, Oxçuçayda, Zod gölü hövzəsində ekoloji problemlər yaradaraq suların çirklənməsinə səbəb olurlar. Bundan əlavə, qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları ilə Araz çayının çirkləndirilməsi ehtimalı da mövcuddur. (AZƏRTAC)