21.05.2024, 02:44
AZ EN
03.11.2023, 11:38 336

Fərid Şəfiyev: Regiondan kənardakı bəzi qüvvələr Azərbaycan-Ermənistan sülh prosesinə maneələr yaratmağa çalışır

XƏBƏRLƏR
  • Regiondan kənardakı bəzi qüvvələr Azərbaycanla Ermənistan arasında sülh prosesinə maneələr yaratmağa çalışırlar.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "Böyük Qələbənin 3-cü ildönümü: Münaqişədən sonrakı dövrün çağırışları və imkanları" mövzusunda keçirilən simpozium çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Zəfər Gününə həsr olunmuş bugünkü tədbir Xəzər Universiteti ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşəbbüsü ilə keçirilir. Əsas məqsəd gündəmdə olan sülh danışıqları və eyni zamanda bu sülh prosesində olan təhdidləri, çağırışları müzakirə etməkdir. Bildiyiniz kimi, hazırda sülh sazişi ətrafında danışıqlar davam etdirilir. Sülh sazişinin imzalanacağı tarixi indidən demək çətindir. Azərbaycan öz təkliflərini Ermənistana təqdim edib. Görünən odur ki, regiondan kənarda bəzi qüvvələr var, maneələr yaratmaq istəyirlər. Sülh sazişi gündəliyini birtərəfli olaraq formalaşdırmağa çalışırlar. Azərbaycana qarşı ittihamlar səsləndirir və Azərbaycan bu ittihamları rədd edir". (APA)

Oxşar xəbərlər