31.07.2025, 16:17
AZ EN
19.03.2025, 11:06 122

İran təyyarələri Hindistandan Ermənistana silah daşıyır

XƏBƏRLƏR
  • Ermənistanın sürətlə silahlanması regionda sülhə əsas təhdidlərdən biridir. Ermənistan ümumdaxili məhsula nisbətdə hərbi xərcləri böyük olan ölkələr sırasında ilk yerlərdədir. 2025-ci il üçün Ermənistanın hərbi xərcləri 1,7 milyard dollardan çox olması nəzərdə tutulub ki, bu da ÜDM-in 5-i həcmindədir. İndi isə məlum olur ki, Ermənistanı sürətlə silahlandıra ölkələr arasında İran və Hindistan üçtərəfli əlaqələr vasitəsilə həyata keçirməyə başlayıb. Belə ki, Hindistanın Ermənistana verdiyi silahlar İran təyyarələri vasitəsilə İrəvana daşınır.

"Vətən səsi" xəbər verir ki, İranın “Pouya Air" aviaşirkətinə məxsus İL-76 yük təyyarəsi 18 martda Hindistana uçub, daha sonra Ermənistan hava məkanında görüntülənib. “44th Ranger Regiment” teleqram kanalının yaydığı məlumata görə, Ermənistan bu kanallarla Hindistandan İranın dəstəyi ilə silah tədarük edə bilər: "Həmçinin bu kimi addımlar silahlanmanı intensivləşdirmək və daha az diqqət çəkmək üçün atıla bilər. Təyyarənin digər ölkələrə uçması da istisna olunmur”.

Xatırladaq ki, Ermənistanın silahlandırılmasında İran və Hindistanla yanaşı Fransa da fəal iştirak edir. 2024-cü ilin iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı tərəflər 36 ədəd “SEZAR” özüyeriyən artilleriya kompleksinin alınmasına dair müqavilə imzalayıblar. Bu sistemlərin hər birinin qiyməti 5,5 milyon avrodur. Beləliklə, İrəvan 200 milyon avro xərcləyərək 36 artilleriya sistemi və 155 mm-lik mərmi əldə edib.

Fransa və Ermənistan arasında “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı gələcəkdə imzalanacaq müqaviləni nəzərə alsaq, silah alış-verişi üzrə müqavilələrin dəyəri 400 milyon avrodan çox olacaq. Bundan əlavə, Ermənistan artıq 600 milyon dollarlıq silah sifarişi ilə Hindistanın bir nömrəli silah idxalçısına çevrilib. Həmçinin, İrandan gizli silahlanma ilə bağlı məlumatlar da mövcuddur. Bütün bunlar göstərir ki, Ermənistan sülhə yox, yeni müharibəyə hazırlaşır. İntensiv şəkildə fortifikasiya qurğuları tikir, hərbi təchizatı genişləndirir və xarici ölkələrlə birgə təlimlər təşkil edir.

Elxan SALAHOV

Oxşar xəbərlər