22.11.2024, 17:50
AZ EN
02.10.2024, 09:50 254

Aşıq Ələsgərin abidəsi Qərbi Azərbaycana qayıdışın mesajıdır

XƏBƏRLƏR
  • Qərbi Azərbaycanda, Göyçə mahalının Ağkilsə kəndində anadan olmuş və orda yaşamış ustad sənətkar Aşıq Ələsgərin şərəfinə Bakıda ucaldılan abidə ilə bağlı müzakirə keçmiş SSRİ hökumətinin qanunsuz əsaslarla Ermənistana birləşdirilmiş tarixi torpaqlarımıza qayıdış məsələsini yenidən aktuallaşdırıb.

"Vətən səsi" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev də sentyabrın 30-da ustad sənətkarın abidənin açılış mərasimindəki çıxışı zamanı Qərbi Azərbaycana qayıdışla bağlı mühüm mesajlar verib: “Xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır..."

Millət vəkili Hikmət Babaoğlu mövzunu şərh edərkən bildirib ki, Prezidentin Qərbi Azərbaycana qayıdışla bağlı verdiyi mesajlar dövlər başçısının apardığı siyasətin uğurlu nəticələrinə inamıdır. Onun sözlərinə görə, ölkə başçısının Aşıq Ələsgərin abidəsinin açılışı zamanı səsləndirdiyi mesajlar təsadüfi deyil: "Prezidentin göstərişi əsasında hazırlanmış Qərbi Azərbaycana qayıdış konsepsiyası həmin torpaqlara sülh yolu ilə qayıtmağımız üçün münbit zəmin yaradacaq. Bu isə Qərbi azərbaycanlılarda böyük inam və ümid yaradır”.

Hikmət Babaoğlu dvurğulayıb ki, xüsusilə Vətən müharibəsindən sonrakı proseslər Qərbi Azərbaycana qayıdışın hər bir azərbaycanlı üçün milli prioritet və vəzifə olduğuna şübhə yeri qoymur: “Bu, təkcə Qərbi Azərbaycana qayıdış deyil, həm də xalqımızın tarixi torpaqlarımızın bir parçası olan coğrafiyaya yenidən qayıdışı, milli-mənəvi dəyərlərimizin, tarixi yaddaşımızın yenidən bərpasıdır. Yeni siyasi reallıqda əldə etdiyimiz nailiyyətlər kontekstində Aşıq Ələsgərin heykəlinin açılışı bir ustad və şairə qoyulan heykəldən daha böyük məna ifadə edir. Bu da Qərbi Azərbaycana qayıdışın simvolu və siyasi kompas rolunu oynayacaq. Yəni, Azərbaycan xalqının mədəni irsində özünəməsus yeri olan, dünyanın bir çox ölkələrində tanınan Aşıq Ələsgərin yeni abidəsisinin ucaldılması həm də tarixi torpaqlara qayıdışın təcəssümüdür".

Elxan SALAHOV

Oxşar xəbərlər