11.07.2025, 23:59
AZ EN
01.07.2025, 19:48 76

Şahin Mustafayev: Azad edilmiş ərazilərdə Belarus ilə birgə layihələrin həyata keçirilməsi məsələsi gündəmdədir

XƏBƏRLƏR
  • Azərbaycan və Belarus arasında ənənəvi olaraq sıx dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur.

Bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Belarusun Müstəqillik Günü münasibətilə keçirilən qəbulda bildirib.

"Müstəqillik illərində Azərbaycan-Belarus münasibətləri hərtərəfli inkişaf edib və qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyəsinə çatıb. Azərbaycan Belarus ilə açıq dialoq və tam qarşılıqlı anlaşmaya əsaslanan çoxşaxəli əməkdaşlığı yüksək qiymətləndirir", - Ş.Mustafayev bildirib.

O, həmçinin vurğulayıb ki, dövlət başçılarının birgə səyləri sayəsində ölkələr arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir: "Dövlətlərarası münasibətlərimizin möhkəm müqavilə-hüquq bazası formalaşıb. Bu günə qədər 170-dən çox ikitərəfli sənəd imzalanıb. Ən yüksək səviyyədə aktiv dialoq aparılır".

Ş.Mustafayevin sözlərinə görə, ölkələr arasında ticari-iqtisadi münasibətlər ikitərəfli əlaqələrin əsas istiqamətidir.

"Qarşılıqlı ticarətin şaxələndirilməsinə və investisiya əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət yetirilir. Sənaye kooperasiyası sahəsində bir çox uğurlu layihələr həyata keçirilir. Bu əməkdaşlığın genişləndirilməsi prioritetlər sırasındadır", - o bildirib.

Ş.Mustafayevin fikrincə, eyni zamanda kənd təsərrüfatı, nəqliyyat, energetika, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar mövcuddur.

"Bundan əlavə, gündəlikdə Azərbaycanın azad edilmiş ərazilərində birgə layihələrin həyata keçirilməsi məsələsi var", - Baş nazirin müavini vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə dostluq və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda münasibətləri davam etdirməyə hazırdır. (Report)

Oxşar xəbərlər