Qanun layihəsi parlamentin noyabrın 5-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.
Sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb.
Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə, şəhid ailələrinin maliyyə dəstəyinin mənbələri artırılıb.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.