09.06.2025, 10:10
AZ EN
29.01.2024, 18:34 270

Hikmət Hacıyev Pakistan səfiri ilə ikitərəfli gündəliyi müzakirə edib

XƏBƏRLƏR
  • Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşüb.

Bu barədə səfirliyin "X" hesabında paylaşım edib.

"Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşməkdən məmnunam", - B.Hayee qeyd edib.

Səfir bildirib ki, görüş çərçivəsində ikitərəfli gündəliyi və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər:

"Pakistan-Azərbaycan dostluğu illər ərzində daha da dərinləşib və 2024-cü il ikitərəfli əlaqələrimizə dinamika qatacaq". (Report)

Oxşar xəbərlər