Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı deyib.
"Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə can atdıqları üçün Vaşinqtonda növbəti danışıqlar raundunu səbirsizliklə gözləyirik. Biz inanırıq ki, birbaşa dialoq problemlərin həlli və davamlı və layiqli sülhə nail olmaq üçün açardır. Gərginlik yaradan addımlar, şübhəsiz ki, indi Ermənistan və Azərbaycan arasında danışıqlar müxtəlif məkanlarda aparıldığı üçün səmərəsizdir", - deyə Vedant Patel bildirib.
Rusiyanın bu prosesdəki roluna gəlincə, Patel deyib ki, əgər Moskva prosesdə konstruktiv rol oynaya biləcəyinə inanırsa, təbii ki, bu, alqışlanır.
"Bu danışıqlar irəliləyir. ABŞ bu prosesdə mühüm tərəfdaş olub və dövlət katibi bu işdə şəxsən iştirak edib. Birbaşa dialoq problemlərin həlli, uzunmüddətli sülhə nail olmaq üçün açardır", - deyə Vedant Patel bildirib.("Trend")