17.06.2025, 19:58
AZ EN
24.06.2024, 08:23 351

Atəşkəsin pozulması danışıqlar prosesinə mənfi təsir edir

YAZILAR
  • Ermənistan Cənubi Qafqaz regionunda bu qədər fəlakətlər törədib, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayıb və terroru dövlət siyasətinə çevirən bir ölkədir. Belə ölkənin yenidən silahlanmaya cəhd etməsi rahahatlıq doğurmaya bilməz. Ermənistanın sülhə deyil, mübaribəyə hazırlaşması, imkan yaranan kimi atəşkəsi pozması onların revanşist siyasətindən əl çəkməməsinin sübutudur. Belə çıxır ki, sülh və sabitlik üçün Ermınistanın başının üstündə hər zaman Dəmir yumruq olmalıdır. Amma anlamırlar ki, bu dəfəki Dəmir yumruğun zərbəsi daha ağır olacaq.

"Atəşkəs Naxçıvan istiqamətində pozulanda belə versiyalar səslənirdi ki, bu, Ermənistandakı təxribatçı qüvvələrin Zəngəzur dəhlizinin reallaşması və Kərki kəndinin geri qaytarılması mümkünlüyü əleyhinə atılmış addımdır, gedişata mane olmaq istəyirlər".

Bunu politoloq Elxan Şahinoğlu mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, atəşkəsin Kəlbəcər istiqamətində pozulmasının arxasında da Ermənistandakı revanşist qüvvələrin dayanması ehtimalı yüksəkdir: “Bunun mexanimzi çox sadədir. Qarabağ klanı və ya digər radikal qüvvələr ordudakı tərəfdarlarından bir qrupuna mesaj göndərirlər ki, Azərbaycan tərəf atəş açın. Və ya radikal qüvvələrin nümayəndələrindən bir qrupu maşınla sərhəd kəndlərdən birinə yaxınlaşaraq Azərbaycan tərəfə atəş açır. Bu ilin fevral ayında qarşı tərəf atəş açaraq hərbçimizi yaraladıqda, Baş nazir Nikol Paşinyan bunun təxribat olduğunu anlayaraq orduda bəzi yerdəyişmələr etdi. Ancaq bu prosesi ya sona çatdıra bilmədi, ya sona çatdırmağa risk etmədi. Bütün hallarda atəşkəsin pozulmasının intensiv hal alması gərginliyi artırır, bu isə öz növbəsində danışıqlar prosesinə mənfi təsir edir”,- deyə politoloq vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər