17.06.2025, 19:43
AZ EN
26.02.2025, 10:52 174

Haylarla "arsaxçi"lərin qarşıdurması güclənir

YAZILAR
  • "Hraparak" paylaşım edib ki, Hadrut rayonunun hayların Tağaser dedikləri kəndin sabiq icma başçısı Armen Budaqyan hakim "Vətəndaş müqaviləsi" partiyasından deputat Emma Qaltanın və onun ailəsinin münasibətindən narazılıq ifadə edib. Emmanın qardaşının FB səhifəsində "Haysan, yoxsa qarabağlı?" yazması məhz atası tərəfindən "qarabağlı  yaxşı yoldaş üçün hətta həyatını yeyər" şərhinin yazılması Qarabağdan köçənlərin xətrinə dəyib.

Armen Budaqyan isə yazıb ki, hamımız ana hayastanda yaşadığımız üçün qarabağlı, hayastanlı arasında fərq qoymuram. Amma baş nazir Qarabağın Azərbaycan ərazisi olduğunu uca səslə mötəbər kürsüsündən bəyan edibsə, deməli nə hayastanlı, arsaxlı yox, türkəm. Əgər kimsə bizə türk deməklə özünü xoşbəxt hiss edirsə, qoy elə də olsun, yəqin bu onun yeganə xoşbəxtliyidir ki, mən türkəm.

Mənbə sonda əlavə edib ki, sabiq icma rəhbəri 44 günlük müharibədə döyüşüb, hazırda isə həmkəndliləri ilə daim əlaqə saxlayır. Yerli hayların Qarabağdan köçənlərə kinayə ilə dedikləri "niyə qorxub qaçıb gəldiniz, vuruşa idiniz, orda ölə idiniz" sözlərini isə həzm edə bilməyib cavab verir ki, bilsəydik beləsiniz, Qarabağda qalıb türk olardıq.

Nəsib Qaramanlı

Oxşar xəbərlər