21.11.2024, 20:36
AZ EN
17.11.2022, 12:40 525

Ağbaba mahalının, Amasiya rayonu

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycanın (indiki ermənistan) Azərbaycan türklərinin 1948-53-cü illərdə köçürülmələri Ağbaba mahalından da yan keçməmişdi. Əhalisinin 90 faizi türklərdən ibarət olan Amasiya rayonu bir tərəfdən Türkiyə, digər tərəfdən isə Gürcüstanın ermənilər yaşayan Baqdanovka və Axılkələk rayonları arasında yerləşdiyindən Ermənistan rəhbərliyi həmin rayonu da köçürmə qərarına gəlmişdi. Qərbi Azərbaycan türklərinin deportasiyası  və rayonların birləşdirilməsi ilə yanaşı, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə də başlanılmışdı...

Mənbələrdə qeyd olunur ki, Ağbaba mahalı tarixən Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars vilayətinin tərkib hissəsi kimi, 1877-1878-ci illərdə çar Rusiyası tərəfindən işğal edilərək Qars vilayəti Qars qəzasının Ağbaba nahiyəsi şəklində Rusiyanın tərkibinə qatılmışdır.

SSRİ dövründə 1930-cu ilə qədər Gümrü qəzasının  Ağbaba nahiyyəsi adlanmış, Ermənistan SSR rayonlaşdırılan zaman burada Amasiya inzibati rayonu yaradılmışdır. Ağbaba mahalının bir hissəsi də Qızıl Qoç rayonu ərazisinə düşür. 1920-ci ildə SSRİ-Türk sərhədləri dəqiqləşdirilərkən  Ağbaba mahalının Köhnə İbiş və Vəzirkan kəndləri Türkiyə ərazisində qalmışdır. Mahal Qaraxac silsiləsi, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnmişdir.

1914-1918-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri qırğınların ən çox  bölgəsindən olan Ağbaba nahiyyəsinin əksər və Şörəyel nahiyyəsinin bir hissəsi 1921-ci il Qars müqaviləsinə əsasən Ermənistan ərazisinə qatılmışdır.

1930-cu illərdə Vedibasarın, Zəngibasarın, Qəmərli, Dərələyəzin, Ağbabanın və digər bölgələrin 50 mindən artıq türk əhalisi ailəliklə Qazaxıstanın çöllərinə sürgün edilmişdilər. Sərt iqlim və bərbad mənzil şəraitinə uyğunlaşa bilməyən əhalinin xeyli hissəsi tələf olmuşdu. Mənbələrdə qeyd edilir ki, Amasiya rayonu dədə-babadan iki mahaldan-Ağbaba və Şörəyeldən ibarət olmuşdur. Ağbaba mahalının 1988-ci ilin sonunda burada Qoncalı, İbiş, Düzkənd, Çaybasar, Təpəkənd (Təpəköy), Şuabad (Sultanabad),Göllü, Yeniyol (Qaranamaz),Balıqlı, Xançallı, Öküz, Güllücə, Ellərkənd (Elləroyuğu), Quzukənd, Qarabulaq, Çivinli kəndləri vardır. Şörəyelin azərbaycanlı kəndləri isə-Oxçoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıx, Əzizbəyov (Qaraçantey), Daşkörpü olmuşdur.

1937-ci ilin  payızında Ermənistanda güclənən repressiyaların dalğasının fonunda azərbaycanlılar daha ağır zərbə aldılar. A.Mikoyan, N.Yejov və L.Beriya Ermənistana gəlmişdilər. Mikoyanın rejissorluğu ilə keçirilən “təmizləmə” prosesində  Moskvaya belə məlumat vermişdilər ki,  Ermənistanda Araz və yuxarı Arpaçay boylarında yaşayan azərbaycanlılar guya elliklə Türkiyəyə keçmək fikrindədirlər. Ona görə də həmin ilin payızında və 1938-ci ilin yazında Vedibasar, Zəngibasar, Qəmərli, Eçmiədzin, Ağbaba rayonlarının Türkiyə ilə həmsərhəd kəndlərində yaşayan on binlərlə azərbaycanlılar kütləvi surətdə repressiyaya məruz qaldılar. Minlərlə ailə sürgün edildi.

Ümumiyytələ, Ermənistanda 30-cu illərdə 50 mindən artıq azərbaycnlılar repressiyaya məruz qalmışdır. Bu aksiya icra edilən zaman heç bir müqavimətə rast gəlməyən Ermənistan rəhbəri 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində daha bir aksiyanın-azərbaycanlıların  deportasiyası aksiyasının həyata keçirilməsin nail oldular.

1988-ci ilə kimi azərbaycan türklərinin yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış yerləri: Xançallı, Oxçoğlu, Güllübulaq, Çaxmaq,Mağaracıq, Qaraçanta, Daşkörpü, İbiş, Qonçalı, İlanlı, Düzkənd, Qaranamaz, Göllü, Təpəköy, Huzukənd, Qarabulaq,  Ellərkənd, Bəndivan, Quzeykənd, Alakilsə, Çələb, Qara Məmməd, güllücə, Balıqlı olmuşdur.

1988-ci il deportasiyasından sonra doğma yurd yerlərini tərk edən soydaşlarımız Bakı, Sumqayır və digər bölglərimizdə məskunlaşmışlar.

Kəndin bir çox yetirmələrinin Azərbaycanın inkişafında böyük xidmətləri olmuş və bu gün də Azərbaycanın tanınmış şəxsləri sırasındadırlar.

Qeyd edək ki, həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibələrində Amasiyanın qəhrəman oğulları Vətənimizin azadlığı və bütövlüyü uğrunda döyüşmüş və şəhid olmuşlar. Mehdi Abbasov və Səxavət Məhərrəmov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşlər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər