21.11.2024, 22:04
AZ EN
26.10.2023, 16:17 222

Ağbaba mahalı, Qızıl Qoç kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Qızıl Qoç — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağbaba mahalı ərazisindədir. Burada tarixən azərbaycanlılar yaşamışlar.

1878-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.

1938-ci ildə kənd ermənicə Verin Qukasyan adlandırılmışdır. 1956-cı ildən Qukasyan rayonun mərkəzinə çevrildikdən sonra 1960-cı ildə "Verin" sözü atılmışdır. 1990-cı ildə ermənicə Aşosk adlandırılmışdır. Kənd suxuru qırmızı rəngə çalan yaylaq yerinin adındandır. Yaylağın adındakı "qoç" sözü qırmızı rəngli daşdan yonulmuş "qoç daşların"ı (qoç heykəllərini) bildirir. Azərbaycan və Ermənistan ərazisində qoç heykəllərin (qoç daşlarının) mənşəyi məlum deyil. Lakin onların türk mənşəli xalqlara mənsub olması şübhəsizdir, heç olmazsa ona görə ki, Sibirdə е.ə. 700–100-cü illəri əhatə edən Taqar arxeoloji mədəniyyətinin əhatə etdiyi Yeniseyətrafı ərazidə və Minusin çökəkliyində qoç heykəlləri aşkar edilmişdir. Azərbaycanda at və qoç heykəlləri Gədəbəy, Kəlbəcər, Daşkəsən və Naxçıvanda, Türkiyə ərazisində, o cümlədən Ahisaqada, Diyarbəkirdə, Pasianda, Ərzincanda, Çıldırda və Vanda vardır. Hazırda ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər