18.10.2024, 20:20
AZ EN
09.06.2023, 17:47 322

Qərbi Azərbaycan, Toxluca kəndi

QƏRBİ AZƏRBAYCAN

Göyçə mahalının Çəmbərək (Krasnoselo) rayonunun tərkibində olan Toxluca kəndi rayon mərkəzindən 10 km məsafədə yerləşir. Kənd böyük olduğu üçün qəsəbə adı almışdır. Qəsəbə Kiçik Qafqaz sıra dağlarının Göyçə silsiləsində, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir. Axtamar adasından Dilican və İcevanı Toxlucadan ayıran Qanqallı dağ silsiləsi, eləcə də üzü Murğuza boylanan əzəmətli Kirkitli (Qorqudlu), Çal, Ocaq dağları, Dəlmə, Dərəyurd, Düzyurd, Taxca, Armudlu, Əyricə Qanqallı adlanan otlaq və əkin sahələri yerləşmişdir. Ərazi təbii sərvətlər, su mənbələri, faydalı qazıntıları, heyvanat aləmi, bitki örtüyü və s. ilə zəngindir. Kəndin iqtisadiyyatının əsasını arıçılıq, heyvandarlıq, taxılçılıq, tütünçülük və s. təşkil edirdi. Qəsəbənin adı sonralar dəyişdirilərək Draxtik qoyulmuşdur.

İsa Musayev

Oxşar xəbərlər