Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonunda olan Şalat kəndi rayon mərkəzindən 19 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Şələt kimi qeyd olunmuşdur. Toponim türk dilində şala ağacını bildirən sözünə qədim türk dilində cəmlik bildirən t- şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Bəzi tədqiqatçılara görə Azərbaycan dilində "qalın meşə" mənasında işlənən Şellix sözü ilə şal, şala eyniköklü sözlərdir. Bütün bunlar Şalat kəndinin Azərbaycan türklərinə aid olduğuna bariz nümunədir.
İsa Musayev