19.10.2024, 10:26
AZ EN
20.02.2023, 13:04 247

Gərnibasar mahalı, Ayaslı kəndi

QƏRBİ AZƏRBAYCAN

Gərnibasar mahalının düzənlik hissəsində, Qəmbər rayonunun mərkəzi olan Qəmərli qəsəbəsindən 9 km şimalda, Gərni çayının sol tərəfində yerləşən Ayaslı kəndində XIX əsrin ortalarına qədər ancaq Azərbaycan türkləri yaşamışdır. Həmin tarixdən sonra kəndə İrandan köçüb gəlmiş ermənilər yerləşdirilmiş, ermənilərlə azərbaycanlılar birlikdə yaşamışlar. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) Gərni nahiyəsinin Quşçu kəndi kimi verilmişdir. 1728-ci ildə isə Böyük Ayaslı kəndi kimi qeydə alınmışdır. Tədqiqatçıların fikrinə Quşi (Quşçu) adlanan qədim türk tayfası Cənubi Qafqaza III-IV yüzillikdə gəlmişlər. Bu həmin tayfadir ki, Orta Asiyada I-II əsrlərdə Kuşan çarlığını yaratmışdı.

XIX əsrdə Qafqazda bu tayfanın adı ilə (Kuşi, Quşi, Quşçu, Quşilər və s. formalarda) 38 toponim qeydə alınmışdır. Sonrakı mənbələrdə (1873, 1886...) isə kəndin adı Ayaslı kimidir. 1918-ci ildə ermənilərin bölgədə həyata keçirdikləri soyqırımı zamanı kəndin bütün azərbaycanlı ailələri vəhşicəsinə qovulmuş, kənd tamamilə erməniləşdirilmişdir. Sonralar kənd qonşu Qulaməli Buzavənd kəndi ilə birləşdirilmiş, Ayaslı adı dəyişdirilərək Ayqestan qoyulmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər