18.10.2024, 12:28
AZ EN
19.12.2023, 17:55 441

Qərbi Azərbaycan, Gözəldərə kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Pəmbək mahalının Gözəldərə kəndi rayon mərkəzindən 12 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının sol sahilində yerləşir.

Erməni mənbələrində kəndin qədim adının Xuncuğaz olduğu göstərilir.

Kənd İbrahim adlı xana məxsus olmuşdur. Ona görə də kənd İbrahimli də adlanırmış.

Toponim «varlı», «sahibkar», «ağa» mənasında, işlənən xan sözünə kiçiltmə mənası bildirən - cığaz şəkilçisinin artırılması yolu ilə əmələ gəlib, kiçik xana məxsus kənd mənasını ifadə edir.

Kənddə 1831-ci ildə 33 nəfər, 1873-cü ildə 295 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 393 nəfər, 1908-ci ildə 523 nəfər, 1914-cü ildə 650 nəfər, 1916-cı ildə 576 nəfər, 1919-cu ildə 582 nəfər yalnız azərbaycanlılar yaşamışdır.

1919-cu ilin yazında azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra Kəndin sakinləri 1920-ci ilin axırlarında öz ata-baba yurdlarına qayıda bilmişdir.

Burada 1922-ci ildə 712 nəfər, 1926-cı ildə 697 nəfər, 1931-ci ildə 880 nəfər, 1939- cu ildə 822 nəfər, 1959 - cu ildə 624 nəfər, 1970-ci ildə 1041 nəfər, 1979-cu ildə 1091 nəfər, 1987-ci ildə 1220 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr ayının axırında Ermənistan dövləti kəndin sakinlərini qırğınlarla deportasiya etmiş və kəndə erməniləri yerləşdirmişdir. Hazırda yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər