19.10.2024, 02:24
AZ EN
22.11.2023, 17:54 263

Qafan rayonu, Müsəlləm kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Qafan rayonunun Müsəlləm kəndi Qafan şəhərindən 17 km şimal-qərbdə, Oxçuçayın sağ sahilində, Əcili çayının solunda, səfalı düzənlikdə yerləşir.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir.

Kənddə 1897-ci ildə 34 nəfər, 1922-ci ildə 36 nəfər, 1926-cı ildə 44 nəfər, 1931-ci ildə 104 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi ermənilər tərəfindən qovulmuşdur. 1922-ci ildə əhalinin az hissəsi qayıtmış və yenidən doğma kəndlərində məskunlaşmışdır. 1988-ci ilin noyabrında isə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz yurd-yuvalarından deportasiya olunmuşdur. Hazırda burada ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər