«İrəvan əyalətinin icmal dəftərin»də Böyük Gilan, Qafqazın 5 verstlik xəritəsində Böyük Gilyanar formalarında qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 143 nəfər, 1873 - cü ildə 146 nəfər, 1886-cı ildə 194 nəfər, 1897-ci ildə 310 nəfər, 1914 - cü ildə 389 nəfər, 1916-cı ildə 272 nəfər azərbaycanlı yaşamışdır.
1918-1919-cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan gilanlarlılar öz kəndlərinə dönə bilmişlər.
Burada 1922-ci ildə 120 nəfər, 1926-cı ildə 178 nəfər, 1931-ci ildə 230 nəfər, 1939 - cu ildə 339 nəfər, azərbaycanlı yaşamışdır.
SSRİ Nazirlər Sovetinin 1948-ci il tarixli xüsusi qərarı ilə kəndin sakinləri - azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. İndi burada təkcə ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ