09.05.2025, 13:16
AZ EN
10.08.2023, 17:19 253

Zəngibasar mahalı, Şöllü Mehmandar kəndi

QƏRBİ AZƏRBAYCAN
  • İrəvan quberniyasının İrəvan qəzasının, indiki Zəngibasar (Masis) rayonunun Şöllü Mehmandar kəndi rayon mərkəzindən 12 km qərbdə, Zəngi çayının yanında yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Mehmandari-Şollu, Qafqazın 5 verstlik xəritəsində Şorlu Mehmandar formasında qeyd edilmişdir.

Toponim -lı mənsubluq şəkilçisi qəbul etmiş çol etnonimindən və Mehmandar şəxs adından əmələ gəlib "çol-şol" tayfasından olan “Mehmandara məxsus kənd” mənasını bildirir.

1919 - cu ilin sonlarında azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya edilmişdir. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 788 nəfər, 1926-cı ildə 1010 nəfər, 1931-ci ildə 778 nəfər azərbaycanlı yaşamışdır.

Kəndin sakinləri SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci illərdə köçürülən ailələrin bir hissəsi yenidən geri, öz yurdlarına dönə bilmişdir. 1988-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti azərbaycanlılar deportasiya etmişdir. İndi yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər