22.11.2024, 02:28
AZ EN
21.07.2023, 17:46 221

Qərbi Azərbaycan, Qondaxsaz kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqatz) rayonunun Qondaxsaz kəndi rayon mərkəzindən 11 km məsafədə, Abaran çayının sahilində yerləşir. Alagöz rayonu (Araqatz) təşkil edilənədək Abaran rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində Qondaksaz, Qondaxsaz formalarında, Qafqazın 5 verstlik xəritəsində Kondaxsaz kimi qeyd edilmişdir. Toponim türk dilində "silah qundağı" mənasında işlənən kondak sözü ilə türk dilində bataqlıq, torpaq (qrunt) suların çıxdığı yerin bataqlaşmış sahəsi, "gil " mənalarında işlənən saz sözünün birləşməsindən əmələ gəlmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə adı dəyişdirilərək Rya təzə (Təzə həyat) qoyulmuşdur.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR