22.11.2024, 12:21
AZ EN
24.03.2023, 23:06 166

Zəngibasar mahalı, Xəlifəli kəndi

QƏRBİ AZƏRBAYCAN

Zəngibasar mahalında, Aşağı Necili kəndi yaxınlığında tarixi kənd sonralar Aşağı Necili kəndinə qarışmışdır. Kənddə ancaq Azərbaycan türkləri yaşamışdır. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) Gərni nahiyəsinin Xəlifəqulu qışlağı, həmin dəftərin (1728) buraxılışında isə Qırxbulaq nahiyəsinin Xəlifəli kəndi kimi qeydə alınmışdır. İkinci mənbədə həmçinin kəndin əhalisinin Necili (Necili) camaatından olduğu göstərilmişdir. Sonralar Aşağı Necili kəndinə qarışmış, kəndin ən böyük tayfalarından olan - Xəlifəli tayfası kimi mövcud olmuşdur. Oykonim XVI əsrdə Səfəvilər dövlətində şah tərəfindən ərizələrə, şikayətlərə, şəriət qaydalarına, ölçü və çəki alətlərinə nəzarət etmək üçün təyin olunan səxslərə xəlifə deyirdilər. Xəlifəli kəndinin ilkin adının Xəlifəqulu olmağı onun Qulu adlı xəlifənin kəndi olmasına dəlalət edir.

İsa MUSAYEV

Oxşar xəbərlər