19.10.2024, 10:44
AZ EN
27.01.2023, 09:02 265

Qərbi Azərbaycan, Çikdamal kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının Hamamlı (Spitak) rayonunun Çikdamal kəndi rayon mərkəzindən 3 km məsafədə, Pəmbək çayının sahilində, Çubuxlu dağının ətəyində yerləşir. 1828-1829-cu illərə qədər burada yalnız Azərbaycan türkləri yaşamışlar.1937-ci ilə kimi Qarakilsə (Quqark) rayonunun tərkibində, 1937-ci ilin 31 dekabrında Hamamli (Spitak) rayonunun tərkibinə verilmişdir. Kənddə eramızdan əvvəl birinci minilliyə dair qala divarlarının qalıqları vardır. Erməni mənbələrində bu qalanın farslara aid olduğu göstərilir. Onlar izi azdırmaq üçün İrəvan qalasının da farslara aid olduğunu qeyd edirlər. Hətta ermənilər İrəvan şəhərindəki Göyməscid məscidini də farslara aid edirlər. Çikdamal toponimi türk dilində "sərhəd, mərz” mənasında işlənən çik sözü ilə Azərbaycan dilində ev, bina, tikili mənasında işlənən dam sözünün birləşməsindən əmələ gəlmişdir. Kənd gözəl təbiətə malik ərazidə salınmışdır. 1828-1829-cu illərdə buraya İranın Maku vilayətindən xeyli erməni ailələri köçürülmüşdür. Beləliklə, qədim Azərbaycan türklərinə məxsus digər kəndlər kimi Çikdamal kəndi də erməniləşdirilmişdir.

İsa MUSAYEV

Oxşar xəbərlər