08.09.2024, 07:08
AZ EN
09.06.2024, 17:10 243

Abran rayonu, Şirəqala kəndi

QƏRBİ AZƏRBAYCAN
  • İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində olan Şirəqala kəndi rayon mərkəzindən 20 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Duluçay çayının sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, XIX əsrə aid rus mənbələrində qeyd edilmişdir.

Toponim "gil növü, mavi gil" mənasında işlənən şirə sözünə, "istehkam, müdafiə tikilisi", "həbsxana, zindan" mənasında işlənən qala sözünün qoşulması nəticəsində əmələ gəlmişdir.
Erməni mənbələrində 1914-cü ildə burada 1172 nəfər azərbaycanlının yaşadığı göstərilir.
1918-ci ildə kənddə yaşayan azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş, İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər