19.10.2024, 12:38
AZ EN
05.06.2023, 17:14 175

Basarkeçər rayonu, Aşağı Zağalı kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda olan Zağalı kəndi XIX əsrin əvvəllərində yaranmış yaşayış məntəqəsidir. Rayon mərkəzindən 9 km qərbdə, Göyçə gölünün cənub-şərq sahilində yerləşən Zağalı kəndi Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Basarkeçər rayonunda XVIII əsrdə yalnız Zağalı kəndi olmuşdur. Bu kəndin sakinləri yalnız azərbaycanlılar olmuşdur. Toponim Azərbaycan dilində "mağara, kaha" mənasında işlənən zağa sözünə - li şəkilçisinin artırılması nəticəsində yaranmışdır. Kənd dağlıq ərazidə, zağa olan yerdə salındığı üçün Zağalı adlandırılmışdır. Kəndin adı Böyük Zağalı, Aşağı Zağalı kimi də qeyd edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsovak (Göllü) qoyulmuşdur.

İsa Musayev

Oxşar xəbərlər