08.09.2024, 07:34
AZ EN
18.12.2023, 17:53 263

Qərbi Azərbaycan, Arçut kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Arçut, İrəvan quberniyasının Pəmbək mahalında, Böyük Qarakilsə şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilmişdir.

Toponim artuç ardıc bitki adı əsasında yaranmışdır. Kəndi Arçut çayı ikiyə bölür. Soyuq kontinental iqlimi var.

Kənddə 1831-ci ildə 137, 1873–cü ildə 357, 1886-cı ildə 477, 1897-ci ildə 574, 1914–cü ildə 759 nəfər azərbaycanlı yaşamışdır.

Kəndin sakinləri 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. 1922-ci ildə 697, 1926-cı ildə 820, 1931-ci ildə 886, 1939-cı ildə 1052, 1959-cu ildə 1295, 1970-ci ildə 2009, 1979-cu ildə 2172 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabrında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər