Qərbi Azərbaycanın Cücəkənd kəndi Loru mahalının tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında bir-birinə bitişik üç təpə üzərində yerləşir. Monqol istilası zamanı bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə uğrayaraq "y" səsi düşmüş, nəticədə Cücəkənd formasına düşmüşdür. 1935-ci ildə kəndin adı Qızıl Şəfəq olmuşdur. Bu kənddə 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşdur.
İsa MUSAYEV